Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.BUTA.TV xəbər verir ki, məktubda qeyd olunur: "Hörmətli İlham Heydər oğlu. Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit inkişaf edir. Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".