İtaliyadan "Barselona"ya Levandovski üçün təklif var.

Offsideplus.az xəbər verir ki, İtaliyanın “Milan” klubu yanvar transfer pəncərəsində futbolçunu transfer etmək variantını nəzərdən keçirir.

Lakin polşalı ulduz “Barselona”da qalmaqda israrlıdır və mövcud müqaviləsi gələn ilin iyununda başa çatsa da, komandada qalmaq üçün maaşının azaldılmasına razı ola bilər.

“Milan” tərəfi isə hücum xəttini təcrübəli futbolçu ilə gücləndirmək niyyətindədir.