RU

Azərbaycan iqtisadiyyatının çox uşağa ehtiyacı var, biz artmasaq başqa millətlər buranı zəbt edəcək

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilib və genişləndirilib. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, siyahıya qızıl otağının nəzarətçiləri, emal, qırma, daşıma və topaqələviləşdirmə sahələrinin nəzarətçiləri, mühəndislər (o cümlədən elektrik mühəndisləri) və metallurqlar əlavə olunub. Deputat qeyd edib ki, güzəştli pensiya hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlara da şamil olunur. Bu hüquq “Əmək pensiyaları haqqında” Qanunun 8 və 9-cu maddələri ilə tənzimlənir.

Qanuna əsasən beş və daha çox uşağı olan, yaxud əlilliyi olan uşağa sahib valideynlər (uşaqlar səkkiz yaşınadək sağ olduqda) pensiyaya 5 il tez çıxa bilərlər. Bu halda analar 59, atalar isə 60 yaşında pensiya ala bilirlər. Zərərli və ağır iş şəraitində çalışan kişilər (azı 12 il 6 ay), qadınlar isə (azı 10 il) 5 il tez pensiyaya çıxa bilərlər. Hipovizqanizm və cırtdanboy şəxslər 5 il sığorta stajı ilə pensiya yaşını 20 il azalda bilirlər. Mülki aviasiya uçuş heyətində çalışanlar 25 il, səhhətinə görə azad olunmuşlar isə 20 il stajla 15 il tez pensiyaya çıxa bilərlər. Prokurorluq, hərbi xidmət, ədliyyə və digər dövlət sahələrində çalışanlar da qulluq müddətinə əsasən bu hüquqdan yararlana bilirlər. Deputat əlavə edib ki, pensiya islahatlarının dərinləşməsi yaş həddinin müəyyənləşdirilməsində keyfiyyət göstəricilərinin nəzərə alınmasını daha da aktuallaşdırır.

5 il pensiyaya tez çıxmaqdan ötrü 3 uşağa baxmağa dəyərmi?Maaş 3 uşaq saxlamağa bəs edirmi?İndiki vəziyyətdə 3 uşaq saxlamağa əhalinin gücü, ölkənin resursu çatarmı?Ölkə iqtisadiyyatının 3 uşağa ehtiyacı varmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, biz artmasaq müəyyən müddətdən sonra başqa xalqlar, başqa dövlətlər gəlib buranı zəbt edəcək.

Əkrəm Həsənov

“Sosial yönümlü ölkələrdə pensiyada belə güzəştlər var ki, insanlar daha tez pensiyaya çıxa bilsinlər. Bu əsasən o ölkələrdədir ki, orda pensiya da yüksəkdir, insanlar ümumiyyətlə işdən çıxıb pensiya almağa meyllidirlər, maraqlıdırlar.

Çoxlu uşağı olmaq istəyən insanlar pensiyanı düşünmür ki... Ümumiyyətlə, bizdə pensiyanı xüsusən də gənc yaşında insanlar çox da onu düşünmürlər. Bu onun üçün deyil ki, insanları guya bununla sövq edirlər ki, daha tez pensiyaya çıx. Sadəcə onsuz da bilirlər ki, Azərbaycanda çoxuşaqlı insanlar azdır. Bu da açıq desək çox populist addımdır. Yəni, baxın, biz çoxuşaqlıların qeydinə qalırıq, amma onların sayı onsuz da azdır. Amma əlbəttə ki, Azərbaycan iqtisadiyyatının çox uşağa ehtiyacı var. Ümumiyyətlə, Azərbaycan dövlətinin ehtiyacı var. Mən bu barədə bir neçə dəfə çıxışlar da etmişəm ki, o ölkələrin gələcəyi var ki, orda insan sayı artır. Bizdə insanların sayı get-gedə azalmağa doğru gedir. Bu da o deməkdir ki, bu tendensiya davam etsə, əgər biz tədricən “əriyə-əriyə” getsək, Azərbaycan - dövlət, ərazi, ölkə, torpaq gələcəkdə başqa xalqlara mənsub olacaq.

İqtisadiyyatı güclü olan Avropa, Amerika kimi ölkələr dünyanın ən savadlı insanlarını özlərinə cəlb edirlər. Biz bunu görürük. Ölkəni inkişaf etdirilər. Biz elə ölkə deyilik. Biz ya özümüz artmalıyıq. Artmasaq müəyyən müddətdən sonra 50 - 100 ilə bizim əhali sayı azalacaq və başqa xalqlar, başqa dövlətlər gəlib buranı zəbt edəcək. Buna görə əlbəttə ki, əhalinin sayı artmalıdır. Ancaq son zamanlar əhalinin sayında azalma tendensiyası var”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
bizimyol.info

1Источники