RU

İtaliyada nəqliyyatçıların tətili gündəlik həyata mənfi təsir göstərib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Roma, 7 noyabr, AZƏRTAC

İtaliyada nəqliyyat sektorunda birgünlük milli tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə yerli ictimai nəqliyyatda, dəmir yollarında və avtomagistrallarda çalışan işçilər tətil ediblər.

Tətil ölkənin böyük şəhərlərində avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.

Bəzi şəhərlərarası, yüksəksürətli və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
2
azertag.az

3Источники