2-ci Liqada çempionluğa ən real namizədlərdən olan, hazırda 18 xalla şərikli lider ("Xankəndi"nin də 18 xalı var) mövqeyində qərarlaşan "Qaradağ Lökbatan" 8-ci turda "Göygöl"ün qonağı olacaq. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Səfərdə oynayıərıq. "Göygöl" öz azarkeşləri önündə yaxşı mübarizə aparır. Hazırda iki futbolçumuz zədəlidir. Sıraya dönmələri üçün azı 1 həftə vaxt lazımdır. Buna baxmayaraq, Göygölə qələbə dalınca yollanacağıq. Futbolçularıma inanıram. Hədəfimiz 3 xaldır. Hazırlıqlara başlamışıq. Ayın 10-da artıq Göygöldə olacaq, oyundan bir gün əvvəl orada da məşq edəcəyik".
Qeyd edək ki, "Göygöl" - "Qaradağ Lökbatan" qarşılaşması noyabrın 11-də keçiriləcək. Matçın start fiti 14:30-da səsləndiriləcək.
Nihat