RU

Tural Sadıqlı, Qurban Məmmədov və digərlərinin cinayət işi məhkəmə baxışına verilib

Xaricdə yaşayan bloggerlər Qurban Məmmədov, Tural Sadıqlı, Elşad Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qiyabi formada keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, məhkəmənin baxış iclası noyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar.

Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Избранный
19
28
far.az

10Источники