RU

Aeroport yolunda “Lexus” qəza törətdi: Sürücü hadisə yerindən yayındı

Noyabrın 5-i saat 9 radələrində aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən 77- MN-830 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış 77-GZ-529 dövlət nömrə nişanlı “Mitsubishi L200” markalı avtomobilə çırpılıb. Nəticədə “Mitsubishi L200” markalı avtomobil aşıb.

Hadisə zamanı duracaqda avtomobilin nasazlığını aradan qaldırmağa çalışan sürücü isə ağır xəsarət alıb.

Qəzanı törədən avtomobilin sürücüsü qəzanın izini itirmək məqsədilə “Lexus” markalı avtomobilin dövlət nömrə nişanlarını dərhal açıb və hadisə yerindən yayınıb. 

Xəsarət alan sürücü 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta-ağır olduğu bildirilib.

Избранный
16
5
bakivaxti.az

8Источники