RU

Münasibətlərin normallaşması üçün Moskva Azərbaycan və Ermənistana kömək etməyə hazırdır - Rusiya XİN

Münasibətlərin normallaşması prosesinin dönməz olması üçün Azərbaycan və Ermənistanın hələ çox işi var və Rusiya kömək etməyə hazırdır.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşdırılması prosesini dönməz hala gətirmək üçün hələ çox işi var. Rusiya tərəfi Azərbaycan və Ermənistana bütün sahələrdə, o cümlədən 3+3 regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, İran, Türkiyə) çərçivəsində bundan sonra da hərtərəfli yardım göstərməyə hazırdır”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında sazişlər qüvvədə qalır və aktuallığını itirməyib.

"Birlikdə götürdükdə, ən yüksək səviyyədə (2020-2022) dörd bəyanat sülh prosesinin "yol xəritəsini" təşkil edir.  Üçtərəfli formatda yaradılmış mühüm əsaslardan Azərbaycan və Ermənistan tərəfləri birbaşa dialoqda fəal istifadə edirlər. Bu kontekstdə Rusiya tərəfi sülh sazişinin ilkin layihəsinin yaradılması ilə bağlı ilkin saziş layihəsini müsbət qiymətləndirib”, - deyə bildirilib.

Daşqın HəsənovMissiya.Az

Избранный
28
2
missiya.az

4Источники