İran Prezidenti Məsud Pezeşkyan bəyan edib ki, ölkə nüvə proqramını və müdafiə məqsədli raket inkişafını dayandırmağı düşünmür.
Musavat.com xəbər verir ki, bu barədə o, Tehran rəhbərliyinin strateji prioritetlərini şərh edərkən bildirib.
Prezident vurğulayıb ki, İranın hərbi və texnoloji proqramları yalnız müdafiə xarakteri daşıyır və ölkənin təhlükəsizliyini təmin etmək üçün vacibdir:
“Biz öz nüvə proqramımızdan və müdafiə raket proqramımızdan imtina etməyəcəyik. İranın müdafiə gücü danışıqlar mövzusu ola bilməz".
Bu bəyanat Qərbdə İranın hərbi imkanlarının genişlənməsi ilə bağlı narahatlıqlar fonunda səslənib. ABŞ və bir sıra Avropa ölkələri Tehranı nüvə silahı yaratmaq niyyətində ittiham edir. İran isə iddia edir ki, proqram tamamilə dinc məqsədlər üçündür.
Musavat.com