Onun sözlərinə görə, son günlərdə onun şəxsiyyəti ətrafında çoxsaylı müzakirələr və fərziyyələr yayılıb. Brokas bu fikirlərin bir hissəsinin məqsədinin həqiqəti tapmaq deyil, reputasiyasına zərbə vurmaq olduğunu qeyd edib: "Bu gün istefa verirəm ki, nazirlik dağıdıcı kölgədən kənarda fəaliyyət göstərsin və ictimaiyyət onun şəffaflığına şübhə etməsin".
Brokas daha əvvəl etiraf etmişdi ki, 2014-cü ildən sonra Moskvaya neçə dəfə səfər edib, çünki orada film çəkilişləri aparırmış.
Qeyd edək ki, bundan əvvəl oktyabr ayında Litvanın o zamankı mədəniyyət naziri İqnotas Adomaviçyus da Krımın mənsubiyyəti ilə bağlı jurnalistin sualına birbaşa cavab verməkdən yayındığı üçün cəmi bir həftəlik fəaliyyətindən sonra istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31