RU

Türkiyə klubunun prezidenti həbs olundu

İstanbul Baş Prokurorluğu mərc iddiaları ilə bağlı apardığı istintaq işlərini davam etdirir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluq daha 21 şübhəli barəsində həbs qərarı çıxarıb. Onların arasında "Eyupspor" klubunun prezidenti Murat Özkaya da var. Həmçinin 17 hakim də nəzarətə götürülüb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) daha əvvəl adları mərc oyunlarında hallanan 149 hakimi işindən uzaqlaşdırıb.

Избранный
48
4
unikal.az

6Источники