RU

“Getdikcə daha çox Ukrayna vətəndaşı Avropanı tərk edərək Rusiyaya gedir” - Ali Radanın deputatı

Əvvəllər ölkəni tərk edib Avropada məskunlaşan ukraynalılar öz təhlükəsizlikləri üçün daha çox Rusiya və ya Belarusa köçməyə üstünlük verirlər.

Herbiand.az bildirir ki, bunu Ukraynanı tərk edən Ali Radanın deputatı Artem Dmitruk deyib.

“Getdikcə daha çox insan - həm siyasi cəhətdən bağlı, həm də bundan uzaq olan - Avropanı tərk edərək Belarus və Rusiyaya gedir. Niyə? Çünki bunun təhlükəsiz olduğuna inanırlar. Birincisi, orda ekstradisiya etməyəcəklər. İkincisi, sadəcə olaraq təhlükəsizdir - həm gündəlik həyat, həm də şəxsi səviyyədə”, - deputat öz Telegram kanalında yazıb.

O, vurğulayıb ki, bu ölkələrdə uyğunlaşmaq Avropa ilə müqayisədə daha asandır: “Təhsil və səhiyyənin yüksək səviyyəsi, eləcə də ənənəvi mədəni və mənəvi mühitdə yaşamaq imkanı çoxları üçün həlledici amillərdir”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
42
herbiand.az

1Источники