RU

Fransa millisinin sabiq futbolçusu karyerasını bitirdiyini açıqlayıb

Bakı, 7 noyabr, AZƏRTAC

Fransa millisinin sabiq futbolçusu Leo Dübua 31 yaşında karyerasını bitirdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, müdafiəçi bu qərarı son dörd ayda yeni klub tapmadığı üçün qəbul edib.

O, son olaraq Türkiyənin “Eyüpspor” klubunda çıxış edib və müqavilə müddəti başa çatdıqdan sonra iyul ayında komandanı tərk edib.

Dübua bundan əvvəl “Başakşəhər”, “Qalatasaray”, Fransanın “Lion” və “Nant” kollektivlərinin formasını geyinib.

Futbolçu Fransa yığmasının heyətində 13 oyun keçirib və komanda ilə 2020/2021-ci illər mövsümündə Millətlər Liqasının qalibi olub.

 

 

Избранный
42
2
azertag.az

3Источники