RU

"Yağış yağmasa, paytaxtı boşaldacağıq" - Pezeşkian

Su təchizatı ilə bağlı vəziyyət pisləşməyə davam edərsə, hakimiyyət Tehrandan təxliyə tədbirləri tətbiq edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian açıqlayıb. 

Dövlət başçısı Sənəndəc şəhərinə işgüzar səfəri zamanı deyib ki, İran uzun illər davam edən quraqlıq və yeraltı su ehtiyatlarının tükənməsi nəticəsində böyük su böhranı ilə üzləşib. 

Prezident qeyd edib ki, paytaxtda vəziyyət son dərəcə kəskinləşir: "Yaxın vaxtlarda yağış yağmasa, gələn aydan etibarən Tehranda su ilə bağlı ciddi məhdudiyyətlər tətbiq etməli olacağıq. Və ümumiyyətlə yağış yağmasa, ehtiyatlar tükənəcək və biz şəhəri boşaltmağa başlamalıyıq".

O, həmçinin etiraf edib ki, iqtisadi çətinliklər, o cümlədən yüksək inflyasiya xarici sanksiyalar və daxili idarəetmənin nəticəsidir. 

Pezeşkian təbii ehtiyatların rasional idarə olunmasına keçidin, su və enerjiyə qənaət standartlarının sərtləşdirilməsinin, eləcə də iqlim dəyişikliyi kontekstində kənd təsərrüfatı və sənayenin inkişafına yanaşmaların nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb.

Ağarza Elçinoğlu 

Избранный
43
unikal.az

1Источники