RU

Aİ Gürcüstanın təhlükəsizlik və cinayətlə mübarizə layihələrində iştirakını dayandırdı

Avropa İttifaqı Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsindəki regional layihələrdə iştirakını dayandırıb.

Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski 7 noyabr tarixli məktubunda ölkənin Xarici İşlər Nazirliyinə məlumat verib.

Səfir bildirib ki, qərar 27 iyun 2024-cü il tarixli Avropa Şurasının nəticələrinə əsaslanır və Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandırılması ilə əlaqədardır.

Qərar 15 oktyabrdan qüvvəyə minib və Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyinin nümayəndələrinə şamil olunur. Dayandırılan layihələr arasında Avropol dəstəkli “Şərq Tərəfdaşlığı Cinayətkarlığa Qarşı Mübarizə”, “TOPCOP II” və “EU4MD II” — Aİ-nin Narkotiklərin Monitorinqi Layihəsi yer alır.

Избранный
25
aznews.az

1Источники