"Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb.
90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, belə görüşlərdən 21-i "Neftçi"nin, 22-si "Qarabağ"ın meydanında keçirilib.
Digər iki nəticə isə neytral meydanda qeydə alınıb.
Komandalar arasında baş tutan ən məhsuldar oyunlarda 6 qol (08.11.2020. "Neftçi" – "Qarabağ" 0:6, 02.05.2023. "Neftçi" – "Qarabağ" 2:4) vurulub.
"Qarabağ"ın ev oyunlarında ən yüksək məhsuldarlıq (25.04.2015 – 3:2, 21.05.2022 – 4:1, 04.05.2024 – 5:0) üç görüşdə gerçəkləşib.
Azərbaycan derbisində qolsuz oyunların sayı isə 15-dir. Belə oyunların 10-u "Neftçi"nin, 5-i sə "Qarabağ"ın meydanında keçirilib.
Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Neftçi" oyunu noyabrın 9-da baş tutacaq.