RU

İran mollası: “Xameneini təhdid edənlər ölüm hökmü ilə cəzalandırılacaq“

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Ekspertlər Şurasının (Şura-ye Xobreqan) üzvü Əhməd Xatəmi ölkənin ali dini lideri Əli Xameneini təhdid edənlərin ölüm hökmü ilə cəzalandırılacağını açıqlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

O, İran İslam Cəza Məcəlləsinə əsasən, hazırda Xameneini təhqir etməyin altı aydan iki ilə qədər həbs cəzası ilə nəticələndiyini vurğulayıb.

Bu açıqlama, Xameneinin şəklini yandıran Ümid Sərlək edam olunması ilə əlaqədar daha da diqqət çəkib.

Qeyd olunur ki, Xatəminin açıqlaması son həftələrdə İran rəsmilərinin səsləndirdiyi cəfəng fikirlərin bir hissəsidir. Son dövrlərdə dövlət rəsmiləri, müxalifləri ölüm hökmü ilə hədələmək, onları düşmən kimi təqdim etmək və xüsusilə ölüm hökmünü müntəzəm şəkildə gündəmə gətirmək yolu ilə ictimai rəydə bu cəzanın adiləşməsinə cəhd göstərirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
2
moderator.az

3Источники