RU

"Təranə Səmədova azadlığa çıxa bilər"

"Təranə Səmədova azadlığa çıxa bilər"Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

Axşam.az-ın məlumatına görə, məəslə ilə bağlı aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında danışıb. O bildirib ki, T.Səmədovanın azadlığa çıxması üçün növbəti məhkəməyə müraciət edəcəklər.

"Təranə Səmədova yenidən həbsxanaya qayıtdı. Amma bu o demək deyil ki, uduzduq. Təranənin həbs müddəti azaldıldı. 6 illik həbs müddəti 5 ilə salındı. Amma bundan da yaxşı olacaq. Təranə yaxın günlərdə azadlığa çıxa bilər" deyə, L.Azərtaş bildirib.

T.Səmədovanın vəkili Nurlana Quliyeva isə proseslə bağlı açıqlama verib:

"Şikayətimiz qismən təmin edildi. 2023-cü ildən həbsdədir. Həbs müddəti həmin vaxtdan hesablandığı üçün cəzasının yarısını çəkmiş olur. Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq qalan cəzasını cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə hüququ yaradır. Təkrar məhkəməyə müraciət edəcəyik. Onun cəzasının yerdə qalan hissəsinin şərti ilə əvəzlənməsini istəyəcəyik. Barışıq olmasına qiymət veriləcək və Təranə Səmədova azadlığına qovuşacaq".

Qeyd edək ki, Təranənin qızı Suel "Təsir dairəsi" verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.

Избранный
11
6
sonxeber.az

7Источники