ain.az, Avtosfer saytına istinadən bildirir.
Məşhur “Autocar” jurnalı yolda ən uzunömürlü avtomobillərin siyahısını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, jurnalın məlumatına görə, bəzi avtomobil modelləri artıq altmış ildən çoxdur ki, dəyişməz şəkildə istehsalda qalır. Bu 10 modelin ümumi istehsal dövrü 485 ili əhatə edir. Bu da avtomobil sənayesində nadir göstəricidir.
Bəzi modellər üçün zaman sanki dayanıb. Texnologiya, dizayn və bazar tələbləri dəyişsə də, bu avtomobillər orijinallıqlarını qorumağı bacarıb. Onların bir çoxu müharibə illərində yaranıb, bəziləri isə etibarlılığı və populyarlığı sayəsində onilliklər boyu yollarda qalmağa davam edir.
Autocar-ın reytinqinə daxil olan 10 “ölməz” avtomobil aşağıdakılardır:
1. “Volkswagen Beetle” – 65 il (1938–2003). Tarixin ən çox tanınan və ən uzunömürlü avtomobili sayılan “Volkswagen Beetle” (“Xalq Avtomobili”) 65 il ərzində istehsalda qalıb. İkinci Dünya Müharibəsindən sonra kütləvi istehsalına başlanılan bu model 21 milyon ədəd satılaraq rekord qırıb və “dünyanı təkərlərə bağlayan avtomobil” kimi tarixə düşüb;
.jpg)
2. “Wolkswagen Type 2” – 64 il (1949–2013). “Transporter”, “Kombi” və “Bus” adları ilə tanınan bu model 1960-cı illərin hippi mədəniyyətinin simvolu olub. Əvvəlcə Almaniyada, daha sonra isə Latın Amerikasında istehsal edilib və 2013-cü ilə qədər yollarda qalıb;
3. “Morgan 4/4” – 64 il (1955–2019). Britaniyanın ənənəvi avtomobil markası “Morgan”ın “4/4” modeli 1936-cı ildən bu yana istehsalda olub. 1955-ci ildən 2019-cu ilə qədər cəmi kiçik dəyişikliklərlə istehsal edilən bu avtomobil hələ də əl işçiliyi və taxta karkasla hazırlanması ilə fərqlənir;
.jpg)
4. “Hindustan Ambassador” – 49 il (1958–2007). Hindistanın “Yol Kralı” sayılan bu model bir zamanlar siyasətçilər, biznesmenlər və film ulduzları arasında ən populyar avtomobil idi. “Morris Oxford” bazasında yaradılan “Ambassador” 1958–2007-ci illərdə istehsal edilib;
.jpg)
5. “Lada Niva” – 45+ il (1977–indiki). Sovet dövrünün ən məşhur yolsuzluq avtomobillərindən biri olan “Lada Niva” 1977-ci ildən bu günədək istehsaldadır. Sərt relyeflərdə yüksək keçid qabiliyyəti və sadə texniki quruluşu ilə seçilir. 2025-ci ildə yeni modelin təqdimatı gözlənilir, bu isə 45 illik fasiləsiz istehsal dövrünün sonu ola bilər;

6. “Citroën 2CV” – 42 il (1948–1990). Fransanın kənd yolları üçün yaradılan “2CV” sadəliyi ilə tanınırdı. 1948-ci ildən 1990-cı ilədək 9 milyona yaxın ədəd satılıb. Onun əsas məqsədi “bir səbət yumurtanı sındırmadan tarladan keçmək” idi — bu, onun dizayn fəlsəfəsini mükəmməl ifadə edir;

7. “Mini” – 41 il (1959–2000). Britaniya avtomobil sənayesinin əfsanəsi olan “Mini”, kiçik ölçülərinə baxmayaraq dörd nəfəri rahat yerləşdirə bilirdi. 5,3 milyon ədəd istehsal edilən bu model 2000-ci ildə istehsaldan çıxarılıb, lakin onun ruhu bu gün də “Mini Cooper” markası altında yaşayır;

8. “Hillman Hunter” – 39 il (1966–2005). İlk olaraq Britaniyada istehsal edilən “Hillman Hunter”, daha sonra İranın “Peykan” modeli kimi ölkənin milli avtomobilinə çevrildi. 39 illik istehsal dövründə sadəliyi və etibarlılığı ilə seçildi;

9. “Peugeot 504” – 38 il (1968–2006). “Peugeot”un tarixi uğur modeli sayılan “504”, İtalyan dizaynı və fransız ruhunun birləşməsi idi. 1968-ci ildən 2006-cı ilə qədər istehsal edilən bu model “İlin avtomobili” adına layiq görülmüş və dünya üzrə 3,7 milyondan çox satılmışdı;

10. “Mercedes G-Class” – 38 il (1979–2017). Əvvəlcə hərbi məqsədlər üçün hazırlanmış bu model zamanla dəbdəbənin simvoluna çevrildi. 1979-cu ildən 2017-ci ilə qədər demək olar ki, dəyişmədən istehsal olundu. 2018-ci ildə isə tamamilə yenilənmiş versiya ilə əvəz edildi.

Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.