Yaponiya hökuməti Şimali Koreyanın ballistik raket sınağı ilə əlaqədar Pxenyana diplomatik kanallar vasitəsilə rəsmi etiraz bildirib.
Redaktor.az xəbər verir ki, Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kixara açıqlamasında bildirib ki, Tokio bu hadisəni bölgədə sabitliyə ciddi təhdid kimi qiymətləndirir:
“Biz hesab edirik ki, Şimali Koreya bundan sonra da müxtəlif raket sınaqları, peyk buraxılışları və hətta nüvə testləri kimi təxribatçı addımlar ata bilər".
Nuriyyə NATİQQIZI