RU

VÜQAR MƏMMƏDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ – Məhkəmə baş redaktoru ev dustaqlığına buraxmadı

Oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan, oktyabrın 31-də Səbail Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) apellyasiya şikayəti təmin edilmədi.

Hurriyyet.az xəbər verir ki, baş redaktorun vəkili Aqil Layıc Vüqar Məmmədovun ev həbsinə buraxılması ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Bu gün təxminən saat 12:00-da keçirilən məhkəmə prosesi zamanı vəkilin baş redaktorun ev dustaqlığına buraxması ilə bağlı vəsatəti hakim tərəfindən təmin edilməyib.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsi Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edib.

“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.

Hurriyyet.az

Избранный
35
5
hurriyyet.az

6Источники