RU

3 qonşu ölkədə ardıcıl ZƏLZƏLƏ

Ajans.az xəbər verir ki,qonşu ölkələrdə ardıcıl zəlzələ baş verib. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional şöbəsinin məlumatına görə, Sakit okeanda, Kamçatkanın şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib. Episentr Petropavlovsk-Kamçatskdən 101 kilometr cənubda, dəniz dibindən 55 kilometr dərinlikdə yerləşib. Seysmik hadisənin enerji sinfi 12,3 olub. Şəhərin bəzi ərazilərində 3 bala qədər təkanlar hiss olunub. Sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlar həmçinin qonşu bölgələrdə də qeydə alınıb. Türkiyənin qərbində – Balıkesir əyalətinin Sındırğı rayonunda bu gün səhər saatlarında 4,2 bal gücündə zəlzələ baş verib. Türkiyə Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin ocağı 14,7 kilometr dərinlikdə olub. Təkanlar qonşu əyalətlərdə də hiss edilsə də, dağıntı və ya tələfat qeydə alınmayıb. Xatırladaq ki, oktyabrın 27-də bu bölgədə 6,1 bal gücündə güclü zəlzələ baş vermiş, daha sonra bir sıra afterşoklar müşahidə olunmuşdu. Seysmik fəallıq həmçinin qonşu ölkələrdə – İranda da müşahidə olunur. Noyabrın 6-na keçən gecə İranın Fars əyalətinin Vəravi şəhəri yaxınlığında iki zəlzələ baş verib. “Free Iran” Telegram kanalının məlumatına görə, birinci təkanın gücü 4,1, ikincinin isə 3,8 bal olub. Hər iki zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib. Hazırda dağıntı və ya tələfat barədə məlumat yoxdur. Mütəxəssislər qeyd edirlər ki, son günlər regionun seysmik aktiv zonalarında yeraltı təkanların sayı artıb, lakin bu an üçün əhalinin həyatı və sahil bölgələri üçün hər hansı təhlükə yoxdur.

 

Избранный
67
25
Ajans.az

10Источники