RU

Kobaxidzedən Azərbaycan açıqlaması: Buna çox sevindik

BAKI, 7 noyabr. TELEQRAF

“Gürcüstan Cənubi Qafqazda sülhün təşviqi baxımından, Ermənistan və Azərbaycan kimi qonşularımız üçün çox vacib rol oynayır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze TRT World telekanalına verdiyi müsahibədə bildirib.

“Düşünürəm ki, bu sülh sazişi son dərəcə vacibdir. Son 35 il ərzində Gürcüstan regionda sülhün təşviqində mühüm rol oynayıb və bu gün də bizim dənizə çıxışı olmayan qonşularımız Ermənistan və Azərbaycan üçün çox əhəmiyyətli rol oynayır. Gürcüstanın bu ölkələrlə iqtisadi tərəfdaşlığı onların iqtisadi inkişafında mühüm rol oynayır. Məhz buna görə, iki ölkə arasında sülh sazişinin imzalanmasına çox sevinirik və ümid edirik ki, bu, Cənubi Qafqazda sülhün daha da möhkəmlənməsinə kömək edəcək. Bu, həm də ölkələrimizin siyasi mövqelərinin güclənməsi üçün olduqca vacibdir.

Həmçinin, bu, ölkələrimizin iqtisadiyyatının yaxşılaşması üçün də mühüm əhəmiyyət daşıyır. Hazırda üç ölkə yüksək iqtisadi artım tempi nümayiş etdirir və bu, məhz sülh və üç ölkə arasında mövcud mükəmməl əməkdaşlığın nəticəsidir. Buna görə də eyni istiqamətdə irəliləməyə davam etməliyik. Bu, Gürcüstanın Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı baxışıdır”, - Kobaxidze vurğulayıb.

Избранный
28
4
teleqraf.com

5Источники