ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Bakının Səbail rayonu ərazisində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az xəbər verir ki, rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Nəcəfova müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı pul və mobil telefon oğurlamaqda şübhəli bilinən 62 yaşlı C.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Abşeron rayonunda isə bir evdən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı E.Əliyevin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.