ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, “SavunmaSanayiST.com” nəşri özünün “X” sosial şəbəkəsindəki səhifəsində belə paylaşım edib. “T-155 TTA Panter” yedəkli “Panter” haubitsasına əsaslanan və “MKE” şirkəti tərəfindən modernləşdirilmiş 155 mm-lik inteqrasiya olunmuş artilleriya sistemidir. Silah “BMC” şirkətinin hazırladığı taktiki 8x8 təkərli şassi üzərində quraşdırılıb və “ASELSAN” istehsal etdiyi atəşə nəzarət sistemi ilə təchiz olunub. Yüksək hərəkət bacarığı və müasir elektron sistemləri sayəsində haubitsa tez bir zamanda mövqe tutmaq və uzaq məsafələrdə dəqiq atəşi təmin etmək qabiliyyətinə malikdir. Üçillik sınaq proqramı zamanı onun prototipi müxtəlif relyeflərdə 20 min kilometrdən çox məsafə qət edərək müxtəlif atəş şəraitində təxminən 350 atəş açıb. Ekoloji və istismar sınaqları da aparılıb, nəticədə sistem müvəffəqiyyətlə kvalifikasiyadan keçib.
Türk Silahlı Kuvvetleri envanterine ilk kez 8x8 Taktik Tekerlekli Araca Monte 155mm Obüs Sistemi girdi: https://t.co/zwffxyjMNM pic.twitter.com/Pm6mZ4E19A
— SavunmaSanayiST.com (@SavunmaSanayiST) November 6, 2025
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.