RU

Kobaxdize: Çin dünyada yeganə sülhpərvər supergücdür

BAKI, 7 noyabr. TELEQRAF

“Çin dünyada yeganə sülhpərvər supergücdür”.

Teleqraf xəbər verir ki, bu fikri Gürcüstan Baş naziri İrakli Kobaxidze səsləndirib.

“Çin haqqında deməliyəm ki, hazırda dünya siyasətində yeganə sülhpərvər supergücdür. Buna görə də bizim ortaq dəyərlərimiz var, biz eyni dəyərləri bölüşürük. Elə buna görə də Çinlə əməkdaşlığımızı dərinləşdirmək bizim üçün xüsusilə qiymətlidir”, - Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır. Tbilisi Pekinlə azad ticarət və vizasız rejim haqqında sazişlər imzalayıb. Kobaxidzenin fikrincə, bu addımlar Tbilisinin digər dövlətlərlə əlaqələrini, iqtisadiyyat və siyasi mövqelərini gücləndirməyə kömək edir.

Избранный
22
teleqraf.com

1Источники