Formula 1 həyəcanı bu həftəsonu Braziliyada davam edəcək.
Offsideplus.az xəbər verir ki, bu gün əvvəlcə test yürüşləri baş tutacaq. Daha sonra isə sprint yarışının təsnifat mərhələsi olacaq.
Sabah isə sprint və əsas yarışın kvalifikasiyası keçiriləcək.
Əsas yarış bazar günü axşam olacaq.
Qeyd edək ki, çempionata "Maklaren"in pilotu Lando Norris başçılıq edir. O, komanda yoldaşı Oskar Piastridən cəmi 1 xal öndədir. Onların müvafiq olaraq 357 və 356 xalı var.
Son 4 ilin çempionu Maks Ferstappen isə 321 xalla 3-cüdür.
Mühəndislər Kubokunda "Maklaren" çempionluğu təmin edib. 2-ci yer uğrunda isə gərgin mübarizə gedir. "Ferrari" 356 xalla 2-cidir. "Maklaren" onların 1 xal gerisindədir. "Red Bull" isə onları arxadan izləyir. Avstriya təmsilçisinin aktivində 346 xal var.