RU

Türkiyədə 45 vilayətdə FETÖ əməliyyatları: 178 nəfər saxlanılıb

Son iki həftə ərzində Türkiyənin 45 vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 178 şübhəli saxlanılıb. Onlardan 67 nəfər həbs edilib, 48 nəfər barəsində məhkəmə nəzarəti tədbiri seçilib, digər şəxslərlə bağlı istintaq hərəkətləri isə davam etdirilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb. Nazir bildirib ki, əməliyyatlar İl Təhlükəsizlik Müdirliklərinin Terrorla Mübarizə (TEM) və Qaçaqmalçılıqla Mübarizə (KOM) şöbələri tərəfindən, Respublika Baş Prokurorluğu, eləcə də EGM-in TEM, KOM və Kəşfiyyat idarələrinin koordinasiyası ilə həyata keçirilib.

Aparılan istintaq nəticəsində saxlanılan şəxslərin FETÖ-nün kripto kommunikasiya proqramı “ByLock” istifadəçiləri olduqları, terror təşkilatının maliyyə, tələbə, hərbi və gizli strukturları daxilində fəaliyyət göstərdikləri müəyyən edilib. Onların təşkilatın məsul şəxsləri ilə “takso telefonlar” vasitəsilə əlaqə saxladıqları da aşkarlanıb.

Əli Yerlikaya bildirib ki, əməliyyatlar zamanı həmçinin istintaqlarda adları hallanan, ifadələrdə qeyd olunan, barələrində həbs qərarı və axtarış sənədləri olan şəxslər də tutulub.

Nazir vurğulayıb ki, FETÖ-yə qarşı mübarizə qətiyyətlə davam edəcək və dövlətin təhlükəsizliyinə təhdid yaradan heç bir quruma güzəşt olunmayacaq.

Избранный
32
veteninfo.az

1Источники