RU

Leo Bank müştəriləri narazıdır: ödəniş balansdan çıxır, amma qarşı tərəfə çatmır

Son günlər sosial şəbəkələrdə Leo Bank istifadəçilərinin ödəniş problemləri ilə bağlı şikayətləri artıb. AzPost xəbər verir ki, istifadəçilər ödəniş etdikdən sonra vəsait balansdan çıxdığı halda, qarşı tərəfin hesabına köçmədiyini bildirirlər.

Sosial şəbəkə istifadəçisi Əli Abdullazadəli paylaşımında yazıb ki, o, mobil operator nömrəsinə ödəniş edib, lakin pul qarşı tərəfə çatmayıb:

“Təsəvvür edin, ödəniş etmisiniz, balansdan vəsait çıxır, amma Bakcell nömrəmə ödəniş gedib çatmır. Səbəbini soruşanda isə deyirlər, bilinmir. Maraqlıdır, pul hara yoxa çıxıb? Leobankın yeni ‘teması’dı deyəsən”.

İstifadəçi əlavə edib ki, ödəniş olunduqdan sonra müştəri xidmətləri ona vəsaitin 15 dəqiqə ərzində balansda görünəcəyini deyiblər, lakin bu, baş verməyib.

Şikayətlərdən göründüyü kimi, bəzi istifadəçilər ödənişin gecikməsi və ya tam itməsi ilə qarşılaşıblar. Hazırda Leo Bankdan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu, Leo Bankla bağlı müştəri narazılıqlarının ilk halı deyil. Bundan əvvəl də bir sıra vətəndaşlar tətbiqdə texniki nasazlıqlar, köçürmələrin gecikməsi və dəstək xidməti ilə əlaqə problemlərindən şikayətlənmişdilər.

AzPost.az

Избранный
26
1
azpost.info

2Источники