RU

Tanınmış tiktoker "Koti" məsuliyyətə cəlb olundu

Sosial şəbəkələrdə "Koti" kimi tanınan fenomen məsuliyyətə cəlb olunub.
 
Moderator.az "Teleqraf"a istinadla xəbər verir ki, tiktoker qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün hakim qarşısına çıxarılıb.
 
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus "Instagram" hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.
 
Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə "Koti" İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.
 
Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.
Избранный
13
20
moderator.az

10Источники