"Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb.
Offsideplus.az xəbər verir ki, bu görüşlərin 21-i "Neftçi"nin, 22-si isə "Qarabağ"ın meydanında baş tutub.
Digər iki nəticə isə neytral meydanda qeydə alınıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Komandalar arasında baş tutan ən məhsuldar oyunlarda 6 qol (08.11.2020. "Neftçi" – "Qarabağ" 0:6, 02.05.2023. "Neftçi" – "Qarabağ" 2:4) vurulub.
"Qarabağ"ın ev oyunlarında ən yüksək məhsuldarlıq (25.04.2015 – 3:2, 21.05.2022 – 4:1, 04.05.2024 – 5:0) üç görüşdə gerçəkləşib.
Azərbaycan derbisində qolsuz oyunların sayı isə 15-dir. Belə oyunların 10-u "Neftçi"nin, 5-i sə "Qarabağ"ın meydanında keçirilib.
Qeyd edək ki, növbəti "Qarabağ" - "Neftçi" matçı bu həftəsonu keçiriləcək. Misli Premyer Liqasının XI turunda baş tutacaq qarşılaşma noyabrın 9-da, Bakı vaxtı ilə saat 18:44-də başlayacaq.