“Technote.az” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə paylaşım edib.
"Səbəbin tam biz də bilmirik. Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan sepsisdir" deyə qeyd edib.