RU

Tramp: “ İranı dinləməyə hazıram”

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfrnasında belə deyib. “İran sanksiyaların ləğv oluna biləcəyini soruşdu. İran ABŞ-nin çox sərt sanksiyaları altındadır və bu, ölkənin istədiyini etməyi çox çətinləşdirir. Mən onu dinləməyə hazıram və nə olacağını görəcəyik, amma buna açıq olardım”, - Amerika lideri vurğulayıb.

Xamenei: “Heç bir əməkdaşlıq ola bilməz”

İranın BMT-dəki missiyası agentliyin şərh sorğusuna hələ cavab verməyib. Lakin İranın ali dini lideri Ayətullah Əli Xamenei noyabrın 3-də bildirib ki, Vaşinqton “İsraili dəstəkləməyə, hərbi bazalarını saxlamağa və Yaxın Şərqin işlərinə qarışmağa davam etdikcə” İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil. Xatrıladaq ki, ABŞ sanksiyalarına İran neftinin ixracını və ölkə banklarının qlobal sistemə çıxışını əngəlləyən, demək olar ki, ümumi ticarət və maliyyə embarqosu daxildir. Enerji sektoruna, hərbi-sənaye kompleksinə investisiya qoyuluşlarına məhdudiyyətlər, konkret şəxslərə və təşkilatlara qarşı məqsədyönlü sanksiyalar da tətbiq edilib. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
azvision.az

2Источники