RU

Durovun dostu və arvadı vəhşicəsinə qətlə yetirildi

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özünü Teleqramın yaradıcısı Pavel Durovun dostu olduğunu iddia edən kriptotreyder Roman Novak və həyat yoldaşı Anna vəhşicəsinə qətlə yetiriliblər.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Yaxınlarının cütlüklə əlaqəsi təxminən 1 ay əvvəl kəsilib.

Novakın telefonundan sonuncu siqnal oktyabrın 4-də Cənubi Afrikada olarkən olub. Sonradan Novak və xanımının qaçırıldığı ortaya çıxıb.

Məlumata görə, onları qaçıran şəxslər azadlığa buraxılmaları üçün külli miqdarda pul tələb ediblər.

Bildirilib ki, qarşı tərəf tələb oluna vəsaiti verə bilmədiyi üçün Novak və həyat yoldaşı vəhşicəsinə qətlə yetirilib.

İlkin məlumata görə, şübhəlilər saxlanılıblar. Onların Rusiya vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, Roman Novak özünü Teleqramın yaradıcısı Pavel Durovun dostu kimi təqdim edib. Bəzi məlumatlara görə, o, böyük maliyyə qalmaqalında iştirak edib. Novakın Rusiyadan qaçmazdan əvvəl Çin və Yaxın Şərq də daxil olmaqla müxtəlif ölkələrdən olan investorları təxminən 500 milyon dollar məbləğində aldatdığı vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
2
axar.az

4Источники