BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq, 35 milyon 544 min 91 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayındaAzərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz azalaraq, 3 milyard 355 min 98 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 402 milyon 3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 4 milyard 438 milyon 323 min dollar məbləğində sement ixrac edib.