RU

Rusiyada qəribə hadisə - Oğurluğa girdiyi evdə yatdı

Rusiyada qəribə hadisə baş verib.

Blaqoveşçenskdə oğurluğa girdiyi mənzildə yuxuya gedən qarətçi gecə növbəsindən qayıdan ev sahibəsi tərəfindən aşkar edilib.

Qaziler.az bildirir ki, bu barədə 7 noyabrda Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə saytında məlumat verilib.

"Şübhəli "zəruri" əşyaları - televizoru və digər əşyaları torbalara yığıb, lakin ev sahibinin uzun müddət evdə olmayacağını güman edərək dincəlməyə qərar verib və yuxuya gedib", - deyə idarə qeyd edib.

Polis  oğurluğa cəhd edən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, əvvəllər oğurluq və narkotik ticarəti ilə bağlı məşğul olan 45 yaşlı yerli sakindir.

QAZİLER.AZ

 

Избранный
43
qaziler.az

1Источники