RU

2026-cı ilin büdcəsində əsas istiqamət - Sahil Babayev AÇIQLADI

Azərbaycanın dövlət büdcəsinin fiskal dayanıqlılığının artırılması məqsədilə növbəti dövrlərdə də addımlar atılacaq. 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, dövlət büdcəsi paketi çərçivəsində əsas istiqamətlərdən biri məhz Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsidir: “Dövlət büdcəsində ölkənin təhlükəsliyinin təmin olunması ən vacib istiqamətlərdən biri olaraq rəhbər tutulub. Əhalinin rifahı və sosial tədbirləri maliyyələşdirilməsi mühüm prinsiplərdən biridir”.  

O qeyd edib ki, 2026-cı il dövlət büdcəsində müvafiq maliyyə təminatı və resurs sərfi tam şəkildə nəzərə alınıb:

“Dövlət büdcəsi iqtisadiyyatın inkişafı, davamlı kapital qoyuluşun təmin edilməsi, özəl sektorun daha da yaxşılaşdırılması üçün də müvafiq təminatları özündə ehtiva edir. Büdcənin hazırlanması zamanı əsas parametrlərdən biri də büdcənin neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyaclarımızın qorunması prinsipi olub. Rəqəmlərdən də göründüyü kimi, artıq büdcə gəlirlərində qeyri-neft sektorunun payı ciddi şəkildə artır, Azərbaycan Dövlət Neft Fondundan transfertlərimiz 2026-ci ildə ötən illə müqayisədə təqribən 1 milyard ABŞ dollarına yaxın azaldılır. Bu da bir daha bizim büdcəmizin fiskal dayanıqlılığının ən yaxşı göstəricilərindən biridir. İnanırıq ki, növbəti dövrlərdə də biz məhz bu istiqamətdə növbəti addımlarımızı ata biləcəyik”.

Избранный
23
3
modern.az

4Источники