RU

İran mollası: “Xameneyini təhdid etməyin cəzası ölüm hökmüdür” 

İran Ekspertlər Şurasının (Şura-ye Xobreqan) üzvü Əhməd Xatəmi, ölkənin ali rəhbəri Əli Xameneyini təhdid edənlərin “ölüm hökmü” ilə cəzalandırılacağını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o, İran İslam Cəza Məcəlləsinə əsasən, Xameneyini təhqir etməyin altı aydan iki ilə qədər həbs cəzası ilə nəticələndiyini vurğulayıb.

Bu açıqlama, Xameneyinin şəklini yandırdığı üçün edam olunan Ümid Sərləkin faciəli ölümü ilə əlaqədar daha da diqqət çəkib.

Qeyd olunub ki, Xatəminin açıqlaması, son həftələrdə İran rəsmilərinin səsləndirdiyi cəfəng fikirlərin bir hissəsidir. Son dövrlərdə dövlət rəsmiləri, müxalifləri ölüm hökmü ilə hədələmək, onları “düşmən” kimi təqdim etmək və xüsusilə “ölüm hökmü”nü müntəzəm şəkildə gündəmə gətirmək yolu ilə ictimai rəydə bu cəzanın adiləşməsinə cəhd göstərirlər.

Избранный
43
2
veteninfo.az

3Источники