RU

Tbilisidə azərbaycanlı gənclərin döyülməsinə görə daha bir nəfər saxlanılıb

Tbilisidə supermarketdə çalışan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha bir nəfər – 1997-ci il təvəllüdlü Ş.A. adlı şəxs saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, cinayəti törədən bütün şəxslər müəyyən edilərək təqsirləndirilən şəxs qismində saxlanılıb. Cinayət əməli 9 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Faktla bağlı istintaq davam etdirilir.
Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. 2006 və 2004-cü il təvəllüdlü soydaşlarımıza qarşı qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani noyabrın 5-də, digər 4 nəfər isə ötən gün saxlanılıb.
Gürcüstanın Baş Prokurorluğu Manana Giorqobianiyə qarşı rəsmi ittiham irəli sürüb, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə məhkəməyə müraciət edəcək.

Избранный
32
6
apa.az

7Источники