RU

Soyuducunun elektrik sərfini azaltmağın ən sadə yolları

Evdə ən çox enerji sərf edən cihazlardan biri soyuducudur.


Pravda.az bildirir ki, bir neçə sadə vərdişlə həm elektrik xərclərini azaltmaq, həm də cihazın ömrünü uzatmaq mümkündür.


Əvvəlcə soyuducunun soba, kombi və günəş işığına yaxın yerləşdirilməməsi tövsiyə olunur. İstilik mənbələrindən ən az 30 santimetr uzaq məsafə saxlamaq cihazın daha az enerji sərf etməsinə kömək edir.
 

Bundan əlavə, soyuducunun içini dolu saxlamaq, lakin hava dövranını əngəlləməmək vacibdir. Qapağı uzun müddət açıq saxlamaq və isti yeməkləri dərhal içəri yerləşdirmək də enerji itkisinin əsas səbəblərindəndir.


Mütəxəssislər həmçinin soyuducunun qapı rezinlərinin möhkəmliyini mütəmadi yoxlamağı məsləhət görürlər. Zədələnmiş rezinlər soyuducunun daha çox elektrik işlətməsinə səbəb ola bilər.


Bu sadə tədbirlər sayəsində soyuducunun enerji sərfiyyatını azaltmaq, aylıq elektrik xərclərini minimuma endirmək və cihazın ömrünü uzatmaq mümkündür.


Əminə Bayramova 

Tarix: 7 Noyabr 2025, 10:57   
Избранный
52
8
pravda.az

10Источники