Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kəlbəcər şəhərində "Zəfərin izi ilə yaşıl gələcəyə" adlı ağacəkmə aksiyası keçirilib. Bu barədə SİA-ya Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, 8 Noyabr – Zəfər Günü münasibətilə reallaşdırılan aksiya Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Bu çərçivədə Kəlbəcər rayonunun iqlim şəraitinə uyğun olaraq 100 ədəd müxtəlif növ ağac (qara şam, çinar, arizona sərvi və digər ağac) əkilib. Aksiyada Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər qurumların yerli nümayəndələri iştirak ediblər.
Əsas məqsəd Zəfər Gününün mahiyyətini və əhəmiyyətini gənc nəslə çatdırmaq, şəhidlərin xatirəsini əbədiləşdirməkdir. Layihə onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığı və fədakarlığı təbliğ etməklə yanaşı, rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllaşdırılmasına töhfə verməyi də hədəfləyir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.