RU

Polşanın keçmiş ədliyyə naziri həbs olunacağından ehtiyat edərək Macarıstanda qalır- ÖZƏL

Polşanın keçmiş ədliyyə naziri və "Qanun və Ədalət" partiyasının (PiS) nümayəndəsi Zbiqnev Zobro hazırda Macarıstanda qalmağa qərar verib. Olaylar.az xəbər verir ki, o, Radio Zet-ə açıqlamasında bildirib ki, Polşaya qayıtdığı təqdirdə deputat toxunulmazlığının ləğv ediləcəyi və dərhal həbs olunacağı barədə xəbərdarlıq alıb. Zobronun sözlərinə görə, bir neçə polşalı prokuror onu mümkün saxlanılma barədə məlumatlandırıb. Bu səbəbdən o, artıq geri dönüş bileti olsa da, Polşaya qayıtmaqdan imtina edib. Sabiq nazir əlavə edib ki, hazırda Macarıstanda siyasi sığınacaq üçün müraciət etməyib və Budapeştə Polşada qanun pozuntuları ilə bağlı keçirilən konfransda iştirak etmək üçün gedib.
Qeyd edək ki, Polşa prokurorluğu Zbiqnev Zobroya qarşı 26 ittiham irəli sürüb. Bu ittihamlar arasında "cinayətkar qruplaşmaya rəhbərlik etmək" və İsrail istehsalı olan Pegasus casus proqramının qanunsuz əldə edilməsi də var. Məlumata görə, həmin proqram vasitəsilə təxminən 500 nəfər - siyasətçilər və onların ailə üzvləri - gizli şəkildə izlənilib. Cümə axşamı Seymin reqlament komissiyası Zobronu deputat toxunulmazlığından məhrum etməyi və prokurorluğun həbs tələbinə dəstək verməyi qərara alıb. Məsələ bu gün Seymin plenar iclasında səsverməyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
49
olaylar.az

1Источники