RU

Orta Dəhliz Azərbaycanda iqtisadi artımın strateji hərəkətverici qüvvəsinə çevrilə bilər

Bakı. Trend:

Orta Dəhliz Azərbaycanın iqtisadi artımının stratejihərəkətverici qüvvəsinə çevrilə bilər.

Trend xəbər verirki, bu barədə “Boston Consulting Group”un (BCG) hesabatındadeyilir.

“Hüquqi və iqtisadi ticarət siyasətində baş verən qlobaldəyişikliklər, həmçinin Süveyş kanalı və Rusiya ərazisindən keçəntranzitlə bağlı risklər dünya ticarət axınlarının yenidən bölgüsünəgətirib çıxarır. Bu kontekstdə Xəzər-Qara dəniz istiqamətindəkiOrta Dəhliz yeni strateji əhəmiyyət qazanır: 2021–2023-cü illərdəaşağı bazadan artım müşahidə olunduqdan sonra cari onillikdətranzit həcmlərinin 3–4 dəfə artacağı gözlənilir”,- materialdabildirilir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Избранный
33
1
az.trend.az

2Источники