Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra digər ölkələrin prezidentləri və baş nazirləri çxış ediblər.
Qeyd edək ki, COP30-da bir çox ölkələrin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün bir araya gəlirlər. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31