RU

Mərkəzi Asiya liderlərindən Trampa misilsiz tərif: “Sən göylərin göndərdiyi rəhbərsən”

Qazaxıstan və Özbəkistan prezidentləri ABŞ prezidenti Donald Tramp barədə yüksək təriflərlə çıxış ediblər. Onların sözləri beynəlxalq mediada geniş müzakirə olunmaqdadır.

Musavat.com xəbər  verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Trampı “göylərin göndərdiyi böyük dövlət xadimi” adlandırıb:

“Siz böyük dövlət xadimisiniz, göylər tərəfindən göndərilmisiniz ki, ABŞ siyasətinə sağlam düşüncə və ənənələri geri qaytarasınız".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Trampı “Sülh Prezidenti” adlandıraraq bildirib:

“Özbəkistanda sizi ‘Sülh Prezidenti’ adlandırırlar.”

Liderlərin bu çıxışları Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər çərçivəsində səsləndirilib və Trampın Mərkəzi Asiyada nüfuzunun artdığını göstərən addım kimi qiymətləndirilir.

Politoloji şərhlərdə qeyd olunur ki, bu, region ölkələrinin ABŞ-la münasibətlərində yeni balans yaratmaq cəhdi və Pekin–Moskva təsir dairəsindən qismən uzaqlaşma siqnalı da ola bilər.

Musavat.com

Избранный
38
1
musavat.com

2Источники