RU

Amerikalılar Dəməşqə gəlməyəcək

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Suriyanın Xarici İşlər nazirliyindəki mənbəyə istinad edən SANA agentliyi belə məlumat yayıb. “Suriya XİN-dəki mənbə bu xəbərin düzgün olmadığını bildirib”, - agentlik yazır. Agentliyin mənbəsi Vaşinqtonun Suriya ilə İsrail arasında təhlükəsizlik razılaşmasını asanlaşdırmaq üçün öz qoşunlarını Suriya paytaxtındakı aviabazaya yerləşdirməyə hazırlaşdığı barədə mediada yayılan xəbərləri belə şərh edib. Maraqlıdır ki, bundan əvvəl “Reuters” agentliyi də mənbəyə istinasd edərək bu xəbəri yaymışdı. - ABŞ-nin Dəməşqdəki mövcudluğu ilə bağlı əvvəllər açıqlanmayan planları keçən il İranın müttəfiqi Bəşər Əsədin devrilməsindən sonra Suriyanın Vaşinqtona doğru strateji istiqamətini dəyişməsinə işarədir”, - agentlik iddia edir. Sözügüdən aviabaza İsrail və Suriya arasında hücum etməmək paktı çərçivəsində Suriyanın cənubundakı demilitarizasiya zonasının bir hissəsi olacağı gözlənilən ərazilərin girişində yerləşir. Bu razılaşma ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən aparılır. Xatırladaq ki, noyabrən 10-da Tramp Ağ Evdə Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək və bu, Suriyanın keçid dövrü liderinin ilk belə səfəri olacaq.

- Qərbli bir hərbi rəsmi bildirib ki, Pentaqon son iki ayda bazada bir neçə kəşfiyyat missiyası həyata keçirərək planlarını sürətləndirib. Missiyalar belə nəticəyə gəliblər ki, bazanın uzun uçuş-enmə zolağı dərhal istifadəyə hazırdır”, - “Reuters” vurğulayır. Suriyalı iki hərbi mənbə isə, texniki danışıqlarda əsas diqqətin bazadan logistika, müşahidə, yanacaqdoldurma və humanitar əməliyyatlar üçün istifadəsinə yönəldiyini, Suriyanın isə obyekt üzərində tam suverenliyini qoruyub saxlayacağını deyib. “Reuters”in məlumatına görə, Suriya Müdafiə nazirliyinin rəsmisi ABŞ-nin uçuş-enmə zolağının istifadəyə yararlı olmasını müəyyənləşdirmək üçün aviabazaya “C-130” hərbi nəqliyyat təyyarələri göndərib. Bazanın girişlərindən birinin mühafizəçisi Reuters agentliyinə bildirib ki, ABŞ təyyarələri “sınaq uçuşları” çərçivəsində oraya enib. Amma Amerika hərbçilərinin bu aviabazaya nə vaxt yerləşdiriləcəyi barədə məlumat verilmir. Bu təsdiq-təkzib oyununda hansı tərəfin düz və ya səhv məlumat yaydığını dəqiqləşdirmək çox çətindir. Belə ki, hər iki agentlik Suriyanın iki dövlət qurumundakı mənbələrə istinadən belə ziddiyyətli xəbərlər yayır. Əslində, ictimaiyyəti çaşdırmaq üçün belə xəbərlərin məqsədyönlü şəkildə sızdırıldığı istisna deyil. Bu baxımdan, həqiqətin nədən ibarət olduğuna yəqin ki, Trampın əl-Şaraa ilə görüşündən sonra aydınlıq gətiriləcək. Amma ola da bilər ki, bu müstəvidə bütün qərarlar elə bağlı qapılar arxasında da qalacaq. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
azvision.az

2Источники