RU

Dəmir dövrünə aid yeraltı kamera Şotlandiyada kəşf edildi

Şotlandiyanın Pert şəhəri yaxınlığında arxeoloqlar təxminən 2500 il əvvəl Dəmir dövrünə aid yeraltı kamera aşkar ediblər.

QHT.az xəbər verir ki, bu ərazidə əvvəllər dairəvi evlər və torpaq istehkamları ilə möhkəmləndirilmiş qədim qəsəbə yerləşib. Yeni yol tikintisi zamanı üzə çıxan tapıntı bölgənin son illərdəki ən maraqlı kəşflərindən sayılır.

Kamera nəhəng daşlardan tikilmiş, təxminən 9 metr uzunluğunda keçiddir. İçəridə daş döşəmə və taxıl izləri qorunub saxlanıb, bu da onun ərzaq anbarı ola biləcəyini göstərir. Bununla belə, tədqiqatçılar yerin həm sığınacaq, həm də ritual məqsədlərlə istifadə olunmuş ola biləcəyini istisna etmirlər. Qala eramızdan əvvəl VI–I əsrlər arasında, romalıların gəlişinə qədər mövcud olub və indi bu ərazidə keçmişin yeni təbəqələri və mühəndislik baxımından unikal strukturlar üzə çıxır.

 

R.İmanov

Избранный
37
qht.az

1Источники