ain.az bildirir, Axar.az portalına istinadən.
Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub.
Cütlüyün birgə nikahdan iki azyaşlı övladı dünyaya gəlib. Onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib.
Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə, qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Quliyev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Beyləqan Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Seymur Quliyevin ümumilikdə 31 min manat məbləğində aliment borcu yaranıb və o bu borcu ödəməkdən imtina edib.
Məhkəmənin hökmü ilə S.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.