RU

Qadın sobanın üstünə yıxılaraq yandı

Biləsuvarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə dünən rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, Məkurə Cavanşir qızı Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
59
5
day.az

6Источники