Gümüşhanədə Ulu Öndər Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə məktəblər arasında ənənəvi “10 Noyabr – Atatürkü Anma Qaçışı” təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, yarış Yenişəhər stadionunda baş tutub.
Müsabiqədə gənclər, ulduzlar və kiçiklər kateqoriyalarında mübarizə aparan idmançılar həm Atatürkə olan dərin sevgi və hörmətlərini ifadə edib, həm də idman bacarıqlarını nümayiş etdiriblər.
Fərqlənən iştirakçılar aşağıdakı kimi müəyyənləşib:
Gənc oğlanlar kateqoriyası
Oğuzhan Ozan – İdman Liseyi
Ünsal Sarı – İdman Liseyi
Abdul Vahit Aydın – İdman Liseyi
Gənc qızlar kateqoriyası
Sümeyye Şahin – Gümüşhane Liseyi
Sudenaz Demir – Kanuni Ticarət Peşə və Anadolu Liseyi
Medine Bıçakçı – Kanuni Ticarət Peşə və Anadolu Liseyi
Ulduz qızlar kateqoriyası
Nisanur Anaç – Qazipaşa Orta Məktəbi
Elif Beyza Özhan – 15 İyul Şəhidlər İmam Hatip Orta Məktəbi
Buğlem Eylül Kızmış – Qazipaşa Orta Məktəbi
Ulduz oğlanlar kateqoriyası
Kemal Özdamar – Dumlupınar Orta Məktəbi
Ömər Faruk Özcan – Qazipaşa Orta Məktəbi
Süleyman Efe Karakullukçu – Dumlupınar Orta Məktəbi
Kiçik qızlar kateqoriyası
Melisa Çimen – 15 İyul Şəhidlər İmam Hatip Orta Məktəbi
Betül Ebrar Çakır – Qazipaşa Orta Məktəbi
Irmak Eren – Qazipaşa Orta Məktəbi
Kiçik oğlanlar kateqoriyası
Beytullah Emin Çakır – Qazipaşa Orta Məktəbi
Məhəmməd Əli Yolcu – 15 İyul Şəhidlər İmam Hatip Orta Məktəbi
Miraç Sencer Aslan – Dumlupınar Orta Məktəbi
Tədbirin sonunda qalib və iştirakçılara təşəkkür edilib, gənclərin bu kimi yarışlarda göstərdiyi fəallığın Atatürkün “Sağlam bədəndə sağlam ruh” prinsipinə uyğun olduğu vurğulanıb.